Dani Kintananın durumuna aydınlıq gəldi

“Qarabağ”ın “Olimpiya” ilə cavab matçında zədələnən futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi tibbi müayinədən keçib. Əzələsində dartınma olan futbolçunun bir həftə sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur.

 

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniya “Olimpiya”sını iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırıb.

 

"Köhlən atlar" ÇL-in 2-ci təsnifat mərhələsində "Kukesi" ilə (Albaniya) qarşılaşacaq.

Tarix: 20 İyul [13:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio