Armando Kunqu: "Qarabağ" kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq"

"Mənim üçün rəqibin kimliyi önəmli deyil. Çünki Çempionlar Liqasında irəliyə getdikcə vəziyyət çətinləşir, daha güclü komandalarla qarşılaşırsan.  Bakıdakı oyun göstərdi ki, "Qarabağ" və "Olimpiya" eyni gücə malik komandalardır".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Kukesi" klubunun baş məşqçisi Armando Kunqu deyib.  

 

O, "Qarabağ" qarşısında şanslarını dəyərləndirib: "Düzü, "Qarabağ" kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq. Bu komanda son vaxtlar müntəzəm olaraq, hər il Çempionlar Liqasında çıxış edir.  Hətta ötən il qrup mərhələsində mübarizə aparıblar.  Bu isə o deməkdir ki, bizə çox çətin olacaq.  Ancaq təslim olmayacağıq, bacardığımız qədər yaxşı oynayacağıq, bütün varinatları yoxlayacağıq.  Futbolda nəyin necə olacağı bilinmir". 

 

45 yaşlı çalışdırıcı "Qarabağ"ınb oyunlarını izləyəcəyini, rəqibə görə oyun sistemi quracağını bildirib: "Əvvəlcə rəqib komandanın oyunlarını diqqətlə izləyəcəm, sonra hərəkət edəcəm. Hər bir məşqçinin beynində planlar olur.  Mən də digər variantalı nəzərdən keçirəcəyəm. Rəqibdən və əlimizdəki imkanlardan asılı olaraq, düşünürəm ki, bu oyun üçün ən yaxşı sistemi seçəcəyik. Çünki növbəti mərhələyə keçmək üçün bacardığımızı ortaya qoymalıyıq".  

 

Kunqu "Qarabağ"ın heyətində forma geyinən albaniyalı futbolçu Ansi Aqollidən məsləhət almayacağını söyləyib: "Onunla danışacağımı düşünmürəm. Aqollini tanıyıram, ona həm insan, həm də idmançı kimi böyük hörmətim var. Amma onunla müzakirə edəsi heç nəyim yoxdur. Onunla danışmaq qeyri-peşəkarlıq olar. Aqolli digər komandanın üzvüdür və peşəkar futbolçudur. Bu səbəbdən mənə onunla danışmaq lazım deyil. Sadəcə, onu Albaniyada mehribancasına qarşılayacam. Hamısı bu qədər".

Tarix: 20 İyul [16:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio