"Neftçi"də şok itki: Ruslan Abışov 6 ay oynamayacaq

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Uypeşt” – “Neftçi” matçının ilk hissəsində zədələnən Ruslan Abışovun durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 

 

Belə ki, təcrübəli futbolçu bu gün tibbi müayinədən keçib. Müayinədən sonra Abışovun diz bağlarında qopma olduğu üzə çıxıb. Yaxın günlərdə əməliyyat olunacaq futbolçu ən azı 6 ay məşq edə bilməycək. 

 

Qeyd edək ki, Ruslan tərəflər arasında baş tutan ilk oyunda ayağında ağrılar hiss edib.  Lakin o, komandasına çətin vəziyyətdə qoymamaq üçün Macarıstan səfərinə yollanıb və matçda iştirak edib.  

Tarix: 20 İyul [16:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Dekabr 2018
13  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio