Aqil Abbas: "Kamran Quliyev niyə istefa vermir?"

“Məğlubiyyətlər məşqçilərin günahıdır. Tərlan Əhmədovu çıxarıb, yerinə haradansa “importnı” məşqçi gətirirlər, elə bilirlər ki, o da “importnı” mal kimi qiymətlidir”.

 

Sportal.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas yenicag.az saytına açıqlamasında deyib.

 

O, “Neftçi”nin Avropa Liqasındakı çıxışını dəyərləndirib. Bildirib ki, “Uypeşt”ə məğlubiyyətin günahkarı baş məşqçi Roberto Bordin və prezident Kamran Quliyevdir. Aqil Abbas klub rəhbərini istefaya səsləyib: “Futbol bir mədəniyyətdir, elmdir. Onlar top-top oynayırdılar. Tərlan Əhmədov sıfırdan komandanı götürüb, Avroliqaya vəsiqə qazanmışdı. Axırı nə oldu? Klub prezidenti futbola qarışmamalıdır. Komandanı məşqçi idarə etməlidir. “Neftçi” Tərlan Əhmədovun zəhmətini yerə vurdu. Bəs bu biabırçı məğlubiyyətdən sonra Kamran Quliyev niyə istefa vermir?”

 

Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində evdə “Uypeşt”i məğlub edən (3:1) “Neftçi” səfərdə böyük hesabla uduzaraq (0:4), mübarizəni dayandırıb.

Tarix: 20 İyul [17:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio