"Tottenhem"də yeni müqavilə

"Tottenhem"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçi Hyunq-Min Sonla yeni müqavilə imzalayıb. Klubun  rəsmi saytının yaydığı məlumata görə cənubi koreyalı futbolçu ilə sözləşmənin müddəti 2023-cü ilədək nəzərdə tutulub.

 

İngiltərə Premyer Liqasında ən çox qol vuran asiyalı futbolçu olan 26 yaşlı yarımmüdafiəçi "Tottenhem"in heyətində meydana çıxdığı 140 qarşılaşmada 47 dəfə rəqib qapıçıları məyus edib.

Tarix: 20 İyul [17:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2018
14  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio