"Qarabağ"ın rəqibində ayrılıq: Qapıçı "Kukesi"dən getdi

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Kukesi"də ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, qapıçı Enea Koliçi komandanı tərk edib. Onun karyerasını Yunanıstanın "Apollon" klubunda davam etdirəcəyi gözlənilir.

 

"Qarabağ"la "Kukesi" arasında ilk oyun 25-də Albaniyada keçiriləcək. Cavab matçı isə avqustun 1-də Azərbaycanda baş tutacaq.

Tarix: 20 İyul [18:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Avqust 2018
15  Avqust 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio