"Kəpəz"dən ayrılan futbolçu: "Azərbaycanda gördüyüm bütün pis şeyləri beynimdən atmaq istəyirəm"

“Azərbaycanda keçirdiyim dövrü uğursuz adlandırmazdım. Orada çox oyun keçirdim və hər matçda müəyyən müsbət məqamlar oldu. Ona görə də bu təcrübənin mənə faydalı olacağını hesab edirəm”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in sabiq qapıçısı Sergey Litovçenko deyib. Mövsümün sonunda birinci diviziona düşən Gəncə təmsilçisindən ayrılan və Odessa “Çernomorets”inə keçən qolkiper ölkəmizdəki 5 aylıq karyerasını xatırlayıb. O, Azərbaycanda müsbət məqamlarla yanaşı, mənfi hallarla da üzləşdiyini gizlətməyib: “Əlbəttə, komandanın təşkilində və digər məsələlərdə mənfi hallarla üzləşdim. Amma bunları xatırlamaq istəmirəm. Orada gördüyüm bütün pis şeyləri beynimdən atmaq və unutmaq istəyirəm”.

 

Qeyd edək ki, Litovçenko bu ilin qışında “Kəpəz”ə keçib.

Tarix: 21 İyul [00:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio