Premyer Liqanın debütantı "Beşiktaş"ın futbolçusunu transfer etdi

14:50 - 21 İyul 2018

"Beşiktaş"ın qapıçısı Fabrisio Ramires komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı qapıçı İngiltərə Premyer Liqasına geri dönən "Fulhem"lə razılıq əldə edib. Bu keçid üçün London təmsilçisi 6 milyon avro ödəyəcək. Transfer tezliklə rəsmi şəkildə açıqlanacaq.

 

Qeyd edək ki, Fabri 2016-cı ildə "Deportivo"dan "Beşiktaş"a keçmişdi.

Xəbər xətti