Araz Abdullayev Bundesliqa klubunda

15:52 - 21 İyul 2018

Azərbaycan milli komandasının üzvü Araz Abdullayevin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını Avstriyada davam etdirəcək.   

 

Yunanıstanın "Panionios"u ilə müqavilə imzalayan, ancaq ailə problemlərinə görə klubdan ayrılan futbolçu, Bundesliqada mübarizə aparan "Mattersburq" klubu ilə razılıq əldə edib. Araz yeni klubu ilə münasibətlərini yaxın günlərdə rəsmiləşdirəcək. 

 

Əldə etdiyimiz məlumata görə, Arazın "Mattersburq"a keçidi an məsələsidir. Hazırda "Mattersburq"la "Panionios" arasında danışıqlar davam edir.  Avstriya klubu Arazı transfer etmək üçün Yunanıstan klubuna təzminat ödəməlidir. Arazdan öncə millimizin üzvü Ramil Şeydayevin də "Mattersburq"a keçidi gündəmdə idi. Lakin bu keçid son anda baş tutmayıb. 

 

Qeyd edək ki, "Panionios" Araza görə "Qəbələ"yə 75 min avro ödəyib. (Futbol11.az)

Xəbər xətti