"Qarabağ"ın rəqibi hücumçu transfer etdi

17:55 - 21 İyul 2018

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniyanın "Kukesi" klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki,  Kukesi təmsilçisi "Laçi"dən mozambikli hücumçu Reginaldo Artur Fayfeni transfer edib. 28 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, yeni transferin adı “Qarabağ”la oyunlar üçün iştirak ərizəsinə salınıb.

Xəbər xətti