"Qarabağ"ın "Kukesi" ilə oyunlar üçün heyəti SİYAHI

18:25 - 21 İyul 2018

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın "Kukesi" klubuna qarşı oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

 

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə 23 futbolçu yer alıb. Onlardan 5-i qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 1-i hücumçudu.

 

"Qarabağ"ın sifariş ərizəsi bu cürdü:

 

Qapıçılar: Hannes Haldorsson, Vaqner da Silva, Şahruddin Məhəmmədəliyev, Nicat Mehbalıyev, Məmməd Hüseynov

 

Müdafiəçilər: Rahil Məmmədov, Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Yakub Jezniçak, Ansi Aqolli, Abbas Hüseynov

 

Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Miçel, Abdulla Zubir, Coşqun Diniyev, Donald Gerye, Zaur Fərzəliyev, Dani Kintana, Filip Ozobiç, İsmayıl İbrahimli

 

Hücumçu: Mahir Mədətov

 

"Kukesi" ilə ilk oyun iyulun 25-də Albaniyada, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

Xəbər xətti