"Sabah" Türkiyə klubu ilə heç-heçə etdi

00:06 - 22 İyul 2018

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”  bu gün növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Topaz Premyer Liqanın debütantı  qardaş ölkənin birinci liqa təmsilçisi “Osmanlıspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.  "Sabah"ın qolunu 13-cü dəqiqədə Tural Qürbətov vurub.

 

Xatırladaq ki, komanda Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda “Giresunspor”la 1:1 hesablı heç-heçə etmişdi.

Xəbər xətti