Vüqar Əsgərov Latviyada növbəti qollarını vurdu

11:11 - 22 İyul 2018

Latviya Birinci Liqasında 10-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Smiltene” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 4:0.

 

Vüqar start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

Komandasının qollarından ikisini də Əsgərov vurub. O, 8 və 32-ci (penaltidən) dəqiqələrdə fərqlənib. Bununla da o, cari mövsümdə vurduğu topların sayını 12-yə çatdırıb və liqanın bombardirlər cədvəlində ilk sıradakı yerini qoruyub.

 

“Dauqavpils” isə 10 turdan sonra 25 xalla ikinci pillədə yer alıb.

Xəbər xətti