Əliyar Ağayevə UEFA-dan təyinat

11:52 - 22 İyul 2018

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-2019 mövsümündə baş hakim kimi ilk təyinat alıb.

 

Sportal.az xəbər verir ki, Ağayev Qazaxıstanın "Kayrat" və Hollandiyanın "AZ Alkmaar" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşünü idarə edəcək. Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olacaqlar.

 

Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 26-da Almatıdakı "Ortalıq" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Xəbər xətti