Millimizin baş məşqçisi: "Futbolçular daim diqqətimizdə olacaqlar"

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vüqar Məmməd ötən gün “Qəbələ”nin əvəzedici komandasına qarşı keçirdikləri yoxlama oyunu (3:0) barədə danışıb.

 

Sportal.az xəbər verir ki, mütəxəssis futbolçuların tapşırıqları yerinə yetirdiklərini dilə gətirib:

 

“Futbolçularımı növbəti qələbə münasibəti ilə təbrik edirəm. Onlar oyunda verilən tapşırığı maksimum yerinə yetirdilər. Proqrama əsasən, Avropa çempionatının seçmə mərhələsi öncəsi bu təlim-məşq toplanışında işimizin böyük qismini görməliyik. Əsas məqam odu ki, komanda şəklində heç bir boşluq buraxmadan səylə, çox ciddi çalışırıq. Futbolçulardan Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik və o, oyundan sonra düşərgədən ayrıldı. Ona komandasında uğurlar arzu edirəm. Futbolçular istər milli komandanın düşərgəsində, istər öz komandalarında olsun, daim diqqətimizdə olacaqlar. Növbəti çətin oyunlara hazırlaşacağıq”.

Tarix: 22 İyul [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio