"Səbail" Türkiyədə növbəti məğlubiyyətini aldı

20:17 - 22 İyul 2018

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Səbail” bu gün daha bir yoxlama oyunu keçirib. 

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi yerli  “İstanbulspor” klubu üz-üzə gəlib. Görüş I Liqa klubunun qələbəsi ilə başa çatıb – 1:0.

 

Qeyd edək ki, “Səbail” “Gənclərbirliyi”nə 0:3, "Sivasspor"a 1:2 hesabı ilə uduzub, Qətər klubu “Əl Şəhaniyə” ilə isə 2:2 hesablı bərabərə qalmışdı.

Xəbər xətti