Klub prezidenti milli üzvünün "Qarabağ"a transferini rəsmən açıqladı

23:23 - 22 İyul 2018

“Qarabağ” “Bursaspor”un futbolçusu Con Delarj transferini yekunlaşdırıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə "yaşıl timsah"ların prezidenti Ali Ay məlumat verib. Klub başqanı Türkiyə mətbuatına açıqlamasında 28 yaşlı konqolu forvardın Ağdam təmsilçisinə transfer olduğunu açıqlayıb. Ali Ay müqavilənin şərtləri haqda bilgi verməyib.

 

Qeyd edək ki, Konqo millisinin üzvü olan Delarj "Dunayska Streda", "Slovan Liberets", "Admira" və "Osmanlıspor" kimi klublarda çıxış edib.

Xəbər xətti