Pərdis Fərcad-Azadın yeni klubu məlum oldu

10:10 - 23 İyul 2018

Ötən mövsümün sonunda "Keşlə"dən ayrılan Pərdis Fərcad-Azadın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını ölkəmizdə davam etdirəcək. Millimizin sabiq futbolçusu Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin düşərgəsinə qoşulub. Pərdislə tezliklə rəsmi müqavilə bağlanacaq.

 

Qeyd edək ki, 2012-ci ildə Azərbaycana gələn futbolçunun ölkəmizdə ilk klubu "Sumqayıt" olub. Pərdis Fərcad-Azad 2016-cı ildə "Keşlə"yə keçmişdi.

Xəbər xətti