"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

14:11 - 23 İyul 2018

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatması olub.

 

Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində olacaq püşkatmada “Qarabağ” - “Kukesi” (Albaniya) cütünün qalibinin rəqibi bilinib. Bu cüt səpələnmişlər səbətində yer alıb. “Qarabağ” - “Kukesi” cütünün qalibi III mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

 

ÇL-də 3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab görüşləri 14 avqustda keçiriləcək.

Xəbər xətti