"Zirə" növbəti matçına çıxır

11:01 - 23 İyul 2018

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, "qartallar" yerli "Giresunspor"la qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:00-da "Fənərbaxça"nın Topuk yaylasında yerləşən bazasının meydançasında start götürəcək.

 

Qeyd edək ki, Ayxan Abbasovun komandası ilk matçında Qətərin "Əl-Xaritiyah" klubu ilə üz-üzə gəlib və 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti