"Roma" Alissonun əvəzinə 12 milyonluq transfer etdi

11:58 - 23 İyul 2018

Alissonu 75 milyon avro qarşılığında “Liverpul”a satan “Roma” yeni qapıçı ilə anlaşıb.

 

Sportal.az xəbər verir ki, "canavarlar" “Kopenhagen”in qolkiperi Robin Olseni 12 milyon avro qarşılığında transfer edib.

 

Qeyd edək ki, "Malmö", PAOK kimi klublarda çıxış edən İsveç millisinin üzvü 2016-cı ildə "Kopenhagen"də çıxış edirdi. 29 yaşlı qolkiper DÇ-2018-dəki çıxışı ilə diqqətləri üzərinə çəkmişdi.

Xəbər xətti