Dəniz Yılmaz: "Yenidən Azərbaycan millisində oynaya bilərəm"

17:35 - 23 İyul 2018

“Almaniya ilə qarşılaşmada milli komandamızın baş məşqçisi Robert Prosineçki məni orta sahədə oynatmaq istədi. Ancaq bu, mənim üçün uyğun mövqe deyildi. Ona görə də, aramızda anlaşılmazlıq oldu”.

 

Sportal.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Dəniz Yılmaz deyib. 

 

Türkiyənin “Gənclərbirliyi” klubunda çıxış edən hücumçu yenidən Azərbaycan milli komandasında oynaya biləcəyinə işarə vurub: “Bilirəm ki, milli komandada hər şey dəyişib.  Dəvət alacağım təqdirdə, yenidən Azərbaycan millisində oynaya bilərəm.  Mənim üçün Azərbaycan kitabı bağlanmayıb”.

 

Forvard milliyə qayıtmaq üçün klubda daha yaxşı oyun sərgiləməyin lazım olduğunu xatırladıb: “Əlbəttə, milliyə dəvət almaq üçün oynadığın klubda özünü göstərməlisən. Mən də bunun üçün çalışacağam. Öz gücümə güvənirəm”.

Xəbər xətti