"Səbail"dən ikinci legioner transferi

00:40 - 24 İyul 2018

“Səbail” növbəti transferini həyata keçirib.

 

Spotal.az xəbər verir ki, paytaxt klubu Kevin Brandonun keçidini rəsmiləşdirib. Bu barədə klubun "facebook" səhifəsi məlumat yayıb. Lakin tərəflər arasında imzalanan müqavilənin şərtləri və digər detallar barədə hansısa məlumat verilməyib.

 

Qeyd edək ki, “Səbail” Brandondan öncə Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Vüqar Bəybalayev və ukraymalı İqor Korotetskinin keçidini reallaşdırıb.

Xəbər xətti