Şeydayev oynadı, “Tabzonspor” heç-heçə etdi

10:10 - 24 İyul 2018

Millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” növbəti yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Qara dəniz təmsilçisi Qətərin “Al Duail” klubu ilə görüşüb. Matç 1:1 hesabı ilə başa çatıb.

 

Ramil Şeydayev 61-ci dəqiqədə “Trabzonspor”un yeganə qolunun müəllifi Huqo Rodalleqanın əvəzinə meydana daxil olub.

 

Qeyd edək ki, “Trabzonspor” Sloveniya toplanışı ayın 24-də başa çatdıracaq.  Millimizin hücumçusunun klubdakı taleyinə bu toplanışdan sonra aydınlıq gələcək. 

Xəbər xətti