Ramos rəsmən "Sabah"da

12:36 - 24 İyul 2018

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Erik Ramosla 1 illik müqavilə bağlanıb.

 

31 yaşlı futbolçu karyerası ərzində Paraqvayın “12 Oktyabr”, “3 Fevral”, “Rubio”, “General Dias” komandalarının şərəfini qoruyub. O, 2012-2016-cı illər aralığında ölkəmizdə “Neftçi” klubunun uğurları üçün çalışıb.

Xəbər xətti