Topaz Premyer Liqasında yeni mövsümün püşkü nə vaxt atılacaq?

16:56 - 24 İyul 2018

Topaz Premyer Liqasında 2018/2019 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mərasim iyulun 27-i saat 12:00-da başlayacaq.

 

Qeyd edək ki, çempionatda yeni mövsüm 8 komanda - "Qarabağ", "Qəbələ", "Neftçi", "Zirə", "Sumqayıt", "Keşlə", "Səbail" və "Sabah" klubları mübarizə aparacaq.

Xəbər xətti