"Kukesi" - "Qarabağ" oyunu canlı yayımlanacaq?

18:54 - 24 İyul 2018

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Kukesi” klubu ilə üz-üzə gələcək “Qarabağ” ilk oyununu sabah səfərdə keçirəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşma böyük ehtimalla, Azərbaycan telekanallarından yayımlanmayacaq. Belə olan vəziyyətdə oyunun yayımını "Qarabağ" klubu təşkil edəcək. Matçın "Dailymotion" və ya "YouTube"dan canlı yayımı təşkil olunacaq.

 

Sözügedən oyun sabah Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər xətti