"Qarabağ" yeni transferləri sifariş etdi

10:34 - 25 İyul 2018

"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında Albaniyada "Kukesi" klubunun qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu yeni transferləri - Con Delarja İnnosent Emeqaranı UEFA-ya sifariş edib. Nigeriya əsilli isveçrəli hücumçu Emeqara "atlılar"da 7, konqolu Delarj isə 28 nömrəli formada çıxış edəcəklər.

 

Qeyd edək ki, "Kukesi" - "Qarabağ" matçı bu gün Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Xəbər xətti