"Qarabağ"dan bəyanat: "Kukesi" ilə oyun canlı yayımlanacaq?

14:55 - 25 İyul 2018

Bu gün baş tutacaq “Kukesi” - “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu bununla bağlı bəyanat yayıb:

 

"Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “AZƏRÇAY” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın”Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir. Ətraflı məlumatı isə tam razılıq əldə olduqdan sonra sizə paylaşacağıq".

 

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Xəbər xətti