"Neftçi" "Keşlə" ilə qarşılaşacaq

16:59 - 25 İyul 2018

Yeni mövsümün hazırlığını gündə iki məşqlə davam etdirən "Neftçi” yoxlama oyunu keçirəcək. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” iyulun 28-də "Keşlə” ilə qarşılaşacaq. “Neftçi”nin bazasında keçiriləcək görüş saat 18:00-da start götürəcək.

 

Qeyd edək ki, “Keşlə” bu gün serbiyalı mütəxəssis Mladen Milinkoviçlə müqavilə bağlayıb. “Neftçi” ilə oyun onun “Keşlə”nin “sükanı arxasında” ilk matçı olacaq.

Xəbər xətti