Azərbaycanlı futbolçu Litvada dublla başladı

17:17 - 25 İyul 2018

19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Kamran Quliyev yeni transfer olunduğu Litvanın “Yonava” klubunun heyətində ilk oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, A Liqasında mübarizə aparan klub bu gün “Dainava” ilə yoxlama görüşü keçirib.  Qarşılaşma “Yonava”nın 4-0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Millimizin hücumameyilli oyunçusunun debütü uğuru alınıb.  Matçda start heyətində başlayan Quliyev, həm sona qədər oynayıb, həm də qol vurub. O, komandasının 2-cü və 4-cü (57, 90-cı dəqiqələr) qollarının müəllifi olub.

 

Qeyd edək ki, Quliyev Litva klubu ilə 2.5 illik müqavilə imzalayıb. 

Xəbər xətti