Naqelsmann: "Real"ın təklifini rədd etdim"

Növbəti mövsümdən etibarən Almaniyanın "Leypsiz" komandasını çalışdıracaq Yulian Naqelsmann "Real"ın təklifini rədd etdiyini deyib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı çalışdırıcı Zinəddin Zidanın istefasından sonra "kral klubu"ndan təklif aldığını və müsbət cavab vermədiyini etiraf edib. O, ailəsinə görə İspaniyaya getmədiyini bildirib:

 

"Real"ın təklifini rədd etdim. Amma bunu təklifi düşünmədiyim üçün etmədim. Madrid klubunun təklifini kim geri çevirər ki? "Real"dan daha böyük klub yoxdu, amma ailəmə görə ölkə xaricinə köçmək üçün doğru zaman deyildi".

 

Gənc məşqçi gələcəkdə İspaniyada işləyə biləcəyini də vurğulayib: "Baş məşqçilik karyeram yaxşı  davam edərsə, yenidən İspaniyada bir komanda çalışdırmaq şansım yarana bilər"

Tarix: 25 İyul [17:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2018
18  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio