"Sabah" Türkiyə klubuna qarşı

17:35 - 25 İyul 2018

Növbəti mövsümə hazırlığı Türkiyənin Bolu şəhərində davam etdirən “Sabah” bu gün daha bir yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, Premyer Liqamızın debütantı yerli “Sancaktepe Bələdiyyəspor” klubuyla qarşılaşacaq. Görüş “Vonresort” otelininin meydançasında keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) start götürəcək.

 

Xatırladaq ki, “Sabah” Türkiyə toplanışı çərçivəsində daha öncə keçirdiyi “Girəsunspor” və “Osmanlıspor”la oyunlarda 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti