"Sumqayıt" "Yeni Malatyaspor"a qalib gəldi

18:45 - 25 İyul 2018

2018/2019 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda bu gün növbəti yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi "Yeni Malatyaspor"la üz-üzə gəlib.

 

Topuk Yaylası idman kompleksinin stadionunda keçirilən qarşılaşma "Sumqayıt" qələbəsi ilə başa çatıb - 3:1.

 

"Sumqayıt"ın heyətində Yusif Nəbiyev dubl edib. Digər qolu isə Əfran İsmayılov vurub.

Xəbər xətti