Nazim Süleymanov: "Məqsədimiz çempionata tam hazır olmaqdır"

00:41 - 26 İyul 2018

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yerli “Yeni Malatyaspor” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

 

“Hər kəs “Alanyaspor”la böyükhesablı məğlubiyyətdən sonra komandanın necə oynayacağını gözləyirdi. Uşaqları təbrik edirəm. Onlara əhsən düşür. Təlim-məşq toplanışında qələbə də lazımdı, amma bizim əsas məqsədimiz çempionata tam hazır olmaqdı. Heyət yenidən qurulub. Bu oyun həm də psixoloji baxımdan qələbəni gətirdi”.

Xəbər xətti