Armando Kunqu: "Səfərə yaxşı nəticə üçün yollanacağıq"

01:01 - 26 İyul 2018

"Yaxşı matç keçirdik. "Qarabağ" yaxşı keyfiyyətlərə malik olan komandadır".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Albaniyanın "Kukesi" klubunun baş məşqçisi Armando Kunqu deyib.  

 

45 yaşlı məşqçi əsas hədəflərinin ev oyununda qapılarında qol görməmək olduğunu bildirib: "Bizim üçün asan oyun olmadı. Qapımızda qol görmək istəmirdik. İlk oyun üçün bu, vacib amil idi və buna da nail olduq. Ümid edirəm ki, cavab oyununda istədiyimiz nəticəyə nail olmağı bacaracağıq".  

 

Kunqu cavab oyununa ciddi hazırlaşacaqlarını vurğulayıb: "Cavab matçı üçün kartlar açıq qalıb. Bu gün fərqli nəticə qeydə alınsaydı, nəsə deyə bilərdik. Cütün qalibi olmaq istəyirik və səfərə yaxşı nəticə üçün yollanacağıq".

Xəbər xətti