"Sumqayıt"ın futbolçusu Almaniyaya yollanır

11:20 - 26 İyul 2018

“Sumqayıt”ın futbolçusu əməliyyat olunacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 2018/2019 mövsümünə hazırlığın 1-ci mərhələsi çərçivəsində Bakıda baş tutan təlim-məşq toplanışında dizindən zədə alan Ehtiram Şahverdiyev həftə sonu Almaniyaya yola düşəcək.

 

Futbolçu gələn həftənin əvvəli Almaniyada dizindən əməliyyat olunacaq.

Xəbər xətti