"Sumqayıt" Super Liqa klubuna 3 qolla qalib gəldi VİDEO

13:34 - 26 İyul 2018

2018/2019 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ötən gün növbəti yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi "Yeni Malatyaspor"la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda keçirilən qarşılaşma "Sumqayıt" qələbəsi ilə başa çatıb - 3:1.

 

"Sumqayıt"ın heyətində Yusif Nəbiyev dubl edib. Digər qolu isə Əfran İsmayılov vurub.

 

Xəbər xətti