"Kukesi"nin prezidenti: "Mükafat cavab oyunundakı nəticədən asılıdır"

15:29 - 26 İyul 2018

"Kukesi" bu oyunda parlamadı, lakin həqiqətən yaxşı müdafiə olunurdu".

 

Sportal.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyada “Qarabağ”la ilk matçdakı qolsuz heç-heçədən sonra “Kukesi”nin prezidenti Safet Citsi söyləyib. 

 

O, komandasının oyununda heç bir emosiya olmadığını vurğulayıb: "Komandamız "Qarabağ"ın qapısına zərbə vur bilmədi. "Kukesi" evdə qalib gəlməli idi. Hər şey səfərdə həll olunacaq. Futbolçulara vəd edilən mükafat cavab oyunundakı nəticədən asılıdır".  

 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.

Xəbər xətti