Ruslan Abışov Almaniyaya yollanır

16:16 - 26 İyul 2018

"Neftçi”nin kapitanı Ruslan Abışov əməliyyat olunacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, futbolçu bunun üçün avqustun 1-də Almaniyaya yollanacaq.

 

Xatırladaq ki, Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə iyulun 19-da keçirilən cavab oyununda zədələnən Ruslan Abışovun sol dizində ön çarpaz bağ tam qopub və meniski zədələnib. Abışovun 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Xəbər xətti