"Sevilya" "Neftçi"ni rüsvay edən komandanı məğlub etdi VİDEO

11:16 - 27 İyul 2018

UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Sevilya" doğma meydanda Macarıstanın "Uypeşt" klubunu qəbul edib. Qarşılaşma Əndəlus təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, "Uypeşt" 1-ci təsnifat mərhələsində "Neftçi" yə 1:3 hesabı ilə uduzduğu ilk oyunun cavab görüşündə 4:0 hesablı qələbə qazanaraq, mərhələ adlamışdı.

 

"Sevilya" - "Uypeşt" 4:0

QOLLAR: Xesus Navas, 7, Ben Yedder, 32 (pen), Pablo Sarabia, 43, Franko Vaskes, 90

Qırmızı vərəqə: Branko Paulyeviç, 31

 

Xəbər xətti