Luis Felipe Skolarinin yeni iş yeri bəlli oldu

14:21 - 27 İyul 2018

Braziliyalı mütəxəssis Luis Felipe Skolarinin yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 69 yaşlı mütəxəssis ölkəsində çalışacaq. O,  A Seriya təmsilçisi "Palmeyras"la 2 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Skolari bundan əvvəl 1997/2000 və 2010/2012-ci illərdə də "Palmeyras"ın baş məşqçisi olub. Təcrübəli mütəxəssis son olaraq, Çinin "Quançjou" klubunu çalışdırıb.

Xəbər xətti