"Qarabağ" - "Kukesi" oyunu Kraloviçə həvalə olundu

00:46 - 28 İyul 2018

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Kukesi” matçının hakimləri məlum olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matça baş hakim kimi Peter Kralovic çıxacaq. Miroslav Benko və Erik Veiss yan xətt hakimi, Patrik Hrka isə ehtiyat hakim olacaq.

 

“Qarabağ” - “Kukesi” matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. İlk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

Xəbər xətti