"Sabah" Türkiyədə növbəti sınağına çıxır

13:49 - 28 İyul 2018

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, rəqib Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” olacaq. Qarşılaşma yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00), Topuk yaylası idman kompleksinin meydançasında keçiriləcək.

 

Xatırladaq ki, paytaxt təmsilçisi Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki görüşlərdə “Giresunspor” (1:1), “Osmanlıspor” (1:1) və “Sancaktepe Bələdiyyəspor” (2:2) klublarıyla üz-üzə gəlib.

Xəbər xətti