Millimizin üzvü yeni klubunda mövsümə qolla başladı

00:00 - 29 İyul 2018

Almaniya 3-cü Bundesliqasında yeni mövsümə start verilib.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubusəfərdə Köln “Fortuna”sı ilə qarşılaşıb və bu oyunda 4:1 hesablı qələbə qazanıb.

 

Münster təmsilçisinin yeni transferi olan Rüfət “Proyssen”də ilk rəsmi oyununda start heyətdə meydana çıxıb və 43-cü dəqiqədə hesabı 2:0 edib. Dadaşov 75-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti