"Neftçi" "Keşlə"yə qalib gəldi VİDEO

00:31 - 29 İyul 2018

Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” ilə “Keşlə” yoxlama oyununda üz-üzə gəlib.

 

Sportal.az xəbər verir ki, matç “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. "Ağ-qaralar"ın heyətində Emin Mahmudov və Mirabdulla Abbasov fərqlənib.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının ilk turunda "Keşlə" "Sabah"la, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək.

 

Xəbər xətti