Paşayevli “Aleksandriya” liderliyə yüksəldi

00:48 - 29 İyul 2018

Ukrayna Premyer Liqasında II tura start verilib.

 

Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” turun açılış matçında “Zarya”nı qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Paşayev 90 dəqiqə meydanda olub.

 

“Aleksandriya” 6 xalla turnir cədvəlinə Kiyev "Dinamo"su ilə birlikdə başçılıq edir.

Xəbər xətti