Riçard Almeyda oynadı, "Astana" qalib gəldi

01:08 - 29 İyul 2018

Qazaxıstan Premyer Liqasında 21-ci tura start verilib.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu “Astana” “Atırau”nu qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Start heyətində meydana çıxan Almeyda 90 dəqiqə oynayıb. Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Pedro Enrike isə ehtiyatda qalıb.

 

Qeyd edək ki, Roman Qriqorçukun çalışdırdığı "Astana" 53 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb

Xəbər xətti