"Sabah" Super Liqa klubu ilə bərabərə qaldı VİDEO

12:15 - 29 İyul 2018

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah” ötən gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, rəqib Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” olub. Topuk yaylası idman kompleksinin meydançasında keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.

 

Hesabı 13-cü dəqiqədə Super Liqa klubu açıb. Amma “Sabah” 83-cü dəqiqədə Elgün Nəbiyevin vurduğu qolla hesabı bərabərləşdirməyi bacarıb.

 

Xatırladaq ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki görüşlərdə “Girəsunspor” (1:1), “Osmanlıspor” (1:1) və “Sancaktepe Bələdiyyəspor” (2:2) klublarıyla üz-üzə gəlib.

 

Xəbər xətti