Əsgərov oynadı, komandası məğlub oldu

12:54 - 29 İyul 2018

Latviya Birinci Liqasında 11-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə lider “Tukums” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

 

Vüqar start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

 

Çempionatın bombardiri olan (12 qol) Əsgərov bu oyunda fərqlənə bilməyib.

 

“Dauqavpils” isə 11 turdan sonra 25 xalla ikinci pillədə qalıb.

Xəbər xətti